SABAHIN GÖZÜ AÇILMAMIŞ
SAÇ AĞARTMAQ
OBASTAN VİKİ
Sabun
Sabun — ali karbon turşularının natrium və kalium duzlarıdır. Natrium duzları bərk sabun, kalium duzları isə maye sabun əmələ gətirir. Kimyada, sabun yağ turşusunun duzudur. Sabunlar qalıb ya da maye şəklində əsasən yumaq, hamam etmə və təmizləmə üçün surfektant kimi istifadə olunur və həm də tekstil əyirməsində istifadə olunur və yağlayıcı maddələrində mühüm komponentlərindəndir. == Alınması == Əvvəllər sabun hidrogenləşdirilmiş bitki yağlarının və heyvan mənşəli piylərin qələvi və ya sodanın iştirakı ilə hidrolizindən alınırdı. Ona görə də yağların qələvi iştirakında hidrolizi sabunlaşma adlanır. Hazırda sabun istehsalında lazım olan karbon turşuları neft parafinlərini (alkanları) oksidləşdirməklə alınır. == Sözün mənşəyi == Azərbaycan dilində işlənən "Sabun" sözünün Avropa dillərindən gəldiyi bilinir. Latın dilində sāpō, qədim İngilis dilində sāpe; Qədim Yuxarı German dilində seipfa, qədim Fransız dilində savon kimi bilinir. == Kimyəvi tərkibi == Sabunun ümumi kimyəvi formulu C17H35OOM şəklindədir.
Dotkom köpüyü
Dotkom köpüyü (ing. dot-com bubble) — 1990-cı illərin sonlarında internet üzərindən qurulmuş şirkətlərə yatırılan investisiyalar nəticəsində yaranmış iqtisadi köpüyüdür. Sürətlə inkişaf edən internet şirkətlərinin investorlar üçün cəlbedici olmağı, bu sahəyə həddindən artıq yatırılan maliyyəyə səbəb oldu. Dotkom köpüyü zamanı, kapital bazarlarının dəyərinin yüksək sürətdə artmasına misal olaraq NASDAQ indeksini gətirmək olar. Texnoloji şirkətlərin hökmranlıq etdiyi NASDAQ indeksi, 1995 və 2000-ci illər arasında 1000 punktdan 5000-dən yuxarı punkta qədər yüksəldi . 1995 və 2000-ci illər arasında beş qat artan NASDAQ indeksi 10 mart 2000-ci ildə 5,048.62 punkt ilə kulminasiyaya çatmışdır. 4 oktyabr 2002-ci il tarixində 1.139.90 punkta qədər enən indeks, ümumilikdə 76.81% azalmışdır. 2001-ci ilin sonunda, dotcom şirkətlərinin əksəriyyəti müflis olmuşdur. Hətta Cisco, Intel və Oracle kimi nəhəng mavi çip şirkətlər, səhm dəyərlərinin 80%-dən çoxunu itirdi. 2000-ci ildə qalxdığı zirvəyə yenidən çıxmaq üçün, NASDAQ indeksinə düz 15 il lazım oldu.
Saç köpüyü
Saç köpüyü və ya saç musu (ing. Hair mousse) — bir saç forma vermə məhsuludur ki əlavə həcm və parlaq üçün saça əlavə edilir. == Qaynaqlar == Molazadə,Minu." Venus makiyaj və bəzəmə təlimi".
Sabun opera
Sabun opera — serial növüdür. Sabun köpüyü mənasını verən "Soap opera" seriallardakı mövzuların xəfifliyi və işlənmə biçiminin diqqətsizliyi kimi də izah olunur. Ancaq anlayışın son nöqtəsinə baxdıqda "soap opera"nın bu cür proqramların ilk sponsorlarından qaynaqlandığını görə bilərik. Sabun operalar ümumilikdə boş vaxtlarında qadınların izlədiyi və kişilərin çox xoşlamadığı seriallardır. Bu cür seriallarda sevgi həmişə var, yəni emosionallıq ön plandadır. Maraq cəlb etməsi üçün bütün sabun operalarda bir çox hadisə olur. Sabun operalar ilk dəfə İtaliyada yayımlanıb, sonra Fransada yayılıb ve beləliklə, bütün dünyaya yayılmış və evdar qadınların sevimlisi olmuşdur.
Safeguard (sabun)
Safeguard (azərb. sağlam müdafiə‎) — Procter & Gamble şirkətinə daxil olan antibakterial sabun markası. Procter & Gamble-ın laboratoriyalarında hazırlandıqdan sonra Safeguard ilk dəfə 1963-cü ildə ABŞ-də satışa çıxarılmış və istehlakçılar tərəfindən maraqla qarşılanmışdır. Safeguard sabunları ABŞ, Meksika, Ukrayna, Latviya, Kanada, Misir, Çin, Nigeriya, Keniya, Pakistan və Filippin kimi ölkələrdə istehlakçıların ən çox üstünlük verdikləri sabun markası hesab olunur. 2012-ci ilin 30 aprel tarixindən etibarən yuxarıda göstərilən ölkələrə Estoniya, Beliz, Polşa, Litva və Sloveniyada qoşulmuşdur. 2012-ci ilin 1 may tarixindən etibarən isə Safeguardın əhatə dairəsinə Avstraliya, Yeni Zelandiya, Baham adaları, Qərbi Afrika, Banqladeş və Nepalda daxil olmuş və bununla da Safeguard bütün dünyanı əhatə etmişdir. == Tarixi xronika == 1963 — Procter & Gamble istehlaçıların bazarda antibakterial sabunlara olan tələbatını ödəmək üçün yeni layihənin üzərində işləməyə başladı. Şirkətin sabun istehsalında böyük təcrübəsi vardı. Belə ki, hələ 1879-cu ildə P&G tərəfindən istehsal edilən ağ rəngli suyun səthində qala bilən İvory sabunları qısa zamanda Amerika Birləşmiş Ştatlarının bütün ştatlarında məşhurlaşa bilmişdi. 1964 — Aparılan kiliniki testlər Safeguardın 99,3% dəri səthini müdafiə və mühafizə etdiyini göstərdi.
İvory (sabun)
İvory (ing. Ivory) — Procter & Gamble şirkəti tərəfindən istehsal olunmuş sabun.
взборозди́ть води́тельница за́ла лобогре́йщик манкиро́вка отбро́сить стали́роваться стесне́ние тысячеголо́со изолиро́вщица ла́комить насыпаться опла́кивание поме́тить распо́рочка chum salmon colloquium enounce microlens overclassify overripe отсеяться пунктирный развитой слониха